Belçikada xəstə uşaqları öldürməyə rəsmi icazə verildi

Belçikada xəstə uşaqları öldürməyə rəsmi icazə verildi
DÜNYA
11:30 14.02.2014
1237
Yeni Qanun bu addımı atmağa imkan yaratdı.
Həftənin cümə axşamı Belgiya parlamentində keçirilən səsvermədən sonra evtanaziya haqqında Qanun layihəsi qəbul edildi.
Senatın yuxarı palatasında dəstək almış bu Qanun layihəsi kralın imzası üçün təqdim olunub. Bu imzadan sonra rəsmi nəşrdə dərc olunan Qanun 10 gün sonra qüvvəyə minəcək.
Qanun layihəsinə müvafiq olaraq müalicə olunmaz xəstəlikdən əziyyət çəkənlər, dözülməz ağrılar çəkən və sağalma şansı olmayan xəstələr evtanaziya tələb edə bilərlər. Bu müalicə həkiminin və valideynlərin yazılı razılığı ilə həyata keçiriləcək.
Evtanaziya – sağalmaz xəstəliyə düçar olmuş, insanın bioloji varlığına son vermədir. İlk dəfə dünyada 2002-ci ilin aprel ayının 1-də Niderlandiyada tətbiq edilib. Hal-hazırda Hollandiyada “ölüm ərizəsi” ilə müraciət edən minlərlə adam var. Bu proses Benilyuks, İsveçrə, ABŞ dörd ştatında (Vermont, Oreqon, Vaşinqton, və Montana) icazə verilib.
Azərbaycanda bir çox ölkələrdə olduğu kimi evtanaziya qadağan edilib.(oxu.az)
OXŞAR XƏBƏRLƏR