Belçikadakı İslam təşkilatlarının xeyrinə QƏRAR

Belçikadakı İslam təşkilatlarının xeyrinə QƏRAR
DÜNYA
13:34 21.07.2023
231
Belçika Konstitusiya Məhkəməsi Flamand Bölgəsində ibadət yerlərinin xaricdən maliyyələşdirilməsinə qadağa qoyulmasını ehtiva edən fərmanın ləğvi üçün edilən müraciətə haqq qazandırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Belçikanın federal strukturlarından biri olan Flaman Bölgəsində 22 oktyabr 2021-ci ildə "yerli dini icmaların tanınmasını, dini qurumların öhdəliklərini və bu öhdəliklərin monitorinqini tənzimləyən və tanınmış ibadət yerlərinin maddi təşkili və fəaliyyətinə dair 7 may 2004-cü il tarixli fərmanda dəyişiklik edilməsi haqqında” fərman verilib.

Belçika Dini Fondu, Alban Məscidləri Birliyi, İslam Federasiyası və Müsəlman Birliyi tərəfindən təmsil olunan İslam Əlaqələndirmə Şurası fərmandan Konstitusiya Məhkəməsinə şikayət verib.

Konstitusiya Məhkəməsi 20 iyul 2023-cü il tarixli qərarında ərizəni "dini etiqad azadlığının pozulduğu” əsası ilə əsaslı hesab edərək, fərmanın bəzi maddələrini ləğv edib.
 
Məhkəmə ibadət yerlərinin xaricdən birbaşa və ya dolayı yolla dəstəklənməsini və ya maliyyələşdirilməsini qadağan edən Flaman Bölgəsi fərmanının konstitusiyaya zidd və din və ibadət azadlığına zidd olduğuna qərar verib.

Belçika İslam Koordinasiya Şurası Konstitusiya Məhkəməsinin qərarını alqışladığını bəyan edib.
 
Qərarla dini qurumların və ibadət ocaqlarının xaricdən şəffaf şəkildə maliyyələşdirilməsinə yol açılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR