“Belə asan oyunlar ildə bəlkə 1-2 dəfə olur” - Qurbanovdan qələbə şərhi

“Belə asan oyunlar ildə bəlkə 1-2 dəfə olur” - Qurbanovdan qələbə şərhi
İDMAN
22:05 01.04.2019
6996
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 22-ci turunda "Sumqayıt”a səfərdə 6:0 hesablıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

AZXEBER.COM xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:

"Futbolçularımızı təbrik etmək istəyirəm. Bu gün çox istəkli idilər. İlk hissə bizə çətin oldu. Ancaq ikinci hissə fərqli alındı. İstənilən halda, bu hesab bizi aldatmamalıdır. Qarşıda bizi vacib oyunlar gözləyir”.

- Sona 6 tur qalıb. Komanda çempionluğa hazırdırmı?

- Problemlər həmişə var. Həmişə istədiyimiz kimi olsa, bizə işləmək asan olar. Dəfələrlə bildirmişəm ki, hər oyun bizə ağır olacaq. Belə asan oyunlar ildə bəlkə 1-2 dəfə olur. Düşünürəm ki, futbolçularımız təcrübəlidilər və çempion olmağa istəklidirlər. Ancaq idmanda həmişə düşündüyümüz, istədiyimiz kimi olmur. İnşallah, qismət olsa, çempion olacağıq. Olmasa, çalışırıq ki, idman prinsiplərinə əməl edək.

- Çempionluğa görə kuboku qurban vermək fikrindəsiniz?

- Bizdə heç vaxt belə düşüncə olmayıb. Kubok tam başqa nüfuzdu, çempionluq tam başqa. Şans varsa, niyə istifadə etməyək? Hər iki turnir bizim üçün vacibdir.


OXŞAR XƏBƏRLƏR