Hindistanın Bikaner şəhərində hər il keçirilən dəvə festivalı minlərlə turistin axınına uğrayır.AZXEBER.COM-un məlumatına görə, festivalda dəvə yarışı, dəvə rəqsi, dəvə güləşi kimi maraqlı səhnələrə yer verilir.Burda diqqəti ən çox cəlb edən isə tükləri qırxılaraq üzərinə müxtəlif naxışlar salınmış dəvələrdir. Tatuya bənzəyən bu naxışları işləmək uzun müddət tələb edən zəhmətlə başa gəlir. Məlumata görə, bir dəvənin bu cür bəzədilməsi 3 ilə başa gəlir.ANS PRESS həmin dəvələri əks etdirən fotoları oxucularına təqdim edir: