Cənubi Karolina ştatında həbs edilmiş narkotacir qardaşlar polis idarəsinə aparılarkən həmin hadisə baş verib.Polis maşınının arxa oturacındakı 23 yaşlı DiAncelo Reşar Mitçel arxasında gizlətdiyi kokaini göstərərək 20 yaşlı qardaşı Ueynə "Gəl, bunu yox edək" deyib. Ueyn də qardaşının təkidindən sonra kokain həblərinin hamısını udub.Polis avtomobilindəki kamera ilə çəkilən videoda DiAncelonun qardaşını dilə tutması, ona yalvarması aydın görünür.