‘Belə Milli Şuraları çox görmüşük’ - Araz Əlizadə

SİYASƏT
16:51 06.05.2013
2324

Xəbər verdiyimiz kimi, ötən gün Kinodramaturq Rüstəm İbrahimbəyovun ideyası əsasında qurulmasına start verilən Milli Şuranın 3 təsisçisi (şərti anlamda) görüşüb.

Həmin görüş EL Hərəkatının lideri Eldar Namazovun Rusiyadan dönməsindən dərhal sonra baş verib. Müsavat başqanı İsa Qəmbər, AXCP lideri Əli Kərimli və EL Hərəkatının rəhbəri Eldar Namazov bir araya gəliblər. Onların müzakirə etdiyi mövzular, qəbul etdikləri qərarlar məlum deyil. Lakin bilinən budur ki, Rüstəm İbrahimbəyovun da təzyiqi ilə Milli Şuranın elanı istiqamətində aparılan proses intensivləşib. Hər üç şərti təsisçi artıq Milli Şuranın 51 nəfərdən ibarət olan tərkibinin müəyyən olunması, orada olması arzulanan tanınan simalarla söhbət olunması istiqamətində sürəc başladıblar. Təhlil göstərir ki, hər üç lider müəyyən kvota ilə siyahı tərtib etməyə başlayıb. Buraya əlavə olaraq ölkənin ictimai-siyasi və mədəni həyatının tanınmış simaları da dəvət olunacaq. Lakin məsələnin qəribə tərəfi Rüstəm İbrahimbəyovun intensiv müsahibələrlə prosesə müdaxiləsidir. Artıq kifayət qədər ciddi adlar var ki, məhz bu prosesdən rahatsızlıq keçirərək, onlara olunan təklifləri qəbul etməyiblər və Milli Şuraya gəlməkdən imtina ediblər.

“Milli Şura ilə bağlı "müzakirələ" gündəmə gələndə söyləmişdim ki, bu şura ölü doğulmuş uşaqdır. Azərbaycan cəmiyyəti belə şuraları çox görüb və təcrübədən də bilirki müxalifətin hər hansı adda birləşməsi mümkün deyil" - bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın yaradılacağı ilə bağlı səslənən iddialara münasibət bildirərkən belə söyləyib.

Onun sözlərinə görə, ənənəvi müxalifət liderlərinin zehniyyətində heç bir dəyişiklik yoxdur və onlar köhnə arxivləri diriltməklə gündəmdə qalmağa çalışırlar:

"Ayaz Mütəllibovun Azərbaycana rəhbərlik etdiyi dövrdə də Milli Şura yaradılmışdı. Həmin Milli Şura nə etdi ki, onun xələfi də nə etsin?! Bütün bunlar müxalifət liderlərinin bekarçılıqdan dolayı fəaliyyəti və məğlubiyyətinin etirafı kimi qiymətləndirilə bilər. Onlar özləri də bilirlər ki, seçkidə heç bir prespektivləri yoxdur. Bu səbəbdən siçan-pişik oynamaq, vaxtını boş və mənasız keçirməklə özlərini və cəmiyyəti dolamaqla məşğuldurlar. Qısaca, Milli Şura nəyinki hakimiyyət dəyişikliyinə nail olmayacaq, hətta öz fəaliyyətini belə rəsmiləşdirə bilməyəcək".

A.Əlizadə Rüstəm İbrahimbəyovun Milli Şurada yer alıb, almayacağına da toxunub. O, R. İbrahimbəyovun siyasətçi olmadığını bildirib:

“Rüstəm İbrahimbəyova gəldikdə isə, onu deyə bilərəm ki, o özünü Əli Kərimliylə, İsa Qəmbərlə, Eldar Namazovla müqayisə etməsin. Çünki Rüstəm İbrahimbəyov siyasətçi deyil və o bu prosesləri analiz edə bilmir”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb