"Belə şeylər yaxşı hal deyil" - Qurban Qurbanov

"Belə şeylər yaxşı hal deyil" - Qurban Qurbanov
İDMAN
22:14 01.12.2017
1574
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 14-cü turunda evdə "Neftçi”yə 1:0 hesab ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
AZXEBER.COM Qol.az-a istinadən məlumatına görə, o, əvvvəlcə matçla bağlı fikirlərini bildirib:
 
- Çox vacib 3 xal qazandıq. Son vaxtlar topla yaxşı davranan rəqibə qarşı oynadıq. Biz də buna görə çalışdıq ki, topla daha çox rəftar edək. Düşünürəm ki, maraqlı oyun oldu. Futbolçularımı təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram.
 
- Baş verən son hadisələrə millinin baş məşqçisi kimi münasibətiniz necədir? - Kənardan asan gələ bilər. Hansısa klubun işinə qarışmaq düzgün çıxmaz. Buna vaxt lazımdır. Ola bilər ki, hamımız çılğın reaksiya verə bilərik. Mənim açıqlama verməyim düzgün olmaz. Bizim futbolda belə şeylər yaxşı hal deyil. Bundan əvvəl də həmişə UEFA-dan xəbərdalıq gəlirdi. Belə bir şey varsa, mütləq yığışdırılmalıdır. Ancaq indiki halda həm o futbolçular, həm də "Neftçi” və "Keşlə” haqda fikir bildirmək düzgün olmazdı. Xaricdə bu, bizə antipatiya yarada bilər.
 
- Düşünmürsünüz ki, bu kimi hallar "Qarabağ”ın Çempionlar Liqasındakı uğuruna kölgə salır?
 
- Bu hallar təkcə bizdə yaşanmır. İnsanın zəif yerləri var, bəzən özünü saxlaya bilmir.
 
-Ansi Aqollinin durumu nə yerdədir?
 
- O, "Roma” ilə oyunda çıxış edə bilməyəcək. Ümumiyyətlə, onun üçün il başa çatıb. Çox güman ki, müdafiənin mərkəzində Elvin Yunuszadə oynayacaq.
 
- Son 20-25 dəqiqədə nəzarəti əldən verdiniz. Bu, xüsusi tapşırıq idi?
 
- Düz qeyd etdiniz. Bir az çətinlik oldu. Məğlub durumda olan hər komanda hücuma atılır. Bu üzdən də Coşqunu meydana buraxdım.
 
- Mahir Mədətovun xarici klubların diqqətində olması barədə nə deyə bilərsiniz?
 
- Bu barədə onun atasından soruşun. Məndə bu haqda bir məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et