İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, qeydə alınan namizədlərindən bir nəfər dünyasını dəyişib:
"Ümumilikdə, 15 886 nəfər namizədlik üçün müraciət edib. 6 889-u imza vərəqələrini götürüb. 2079 nəfər imza vərəqələrini qaytarıb".