Keçən iyul ayında dünyasını dəyişən Türkiyəli müğənni Özkan Uğurun adı İstanbul Böyükşəhər Bələdiyyəsinin açdığı musiqi studiyasında yaşatılacaq.
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, studiyanın açılışında çıxış edən Özkan Uğurun həyat yoldaşı Aysun Aslan Uğur mərkəzin gənc musiqiçilərə pulsuz səsyazma imkanı təqdim edəcəyini bildirib.
"Hər zaman danışdığımız bir şey var idi. Ağlayaq, amma dərdimizi başqaları üçün faydaya çevirək. Biz Özkanın içimizdə yaşatdığımız dərdini sənətə, musiqiyə çevirmək istədik və bunu bacardıq. Əslində bu ilk addımdır".
Aysel