Belqorod vilayətində Ukraynanın PUA-sı məhv edilib

Belqorod vilayətində Ukraynanın PUA-sı məhv edilib
DÜNYA
13:31 01.03.2025
172
Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində bir Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Martın 1-də Moskva vaxtı ilə saat 10:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda qeyd olunub.
 
///APA
OXŞAR XƏBƏRLƏR