Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
DÜNYA
14:36 12.07.2026
181
Rusiyanın Belqorod vilayətində minik avtomobilində qurulan partlayıcı partlayıb.

AZXEBER.COM xəbər verir ki, nəticədə bir mülki şəxs həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Vilayətin operativ qərargahının məlumatına görə, partlayış zamanı aldığı ağır xəsarətlər səbəbindən bir kişi hadisə yerində həyatını itirib. Yaralanan üç nəfərə tibbi yardım göstərilir.

Hadisənin başvermə şəraiti və partlayıcı qurğunun mənşəyi ilə bağlı araşdırma aparılır.
 
//apa
OXŞAR XƏBƏRLƏR