Belqradda etirazçıların sayı 100 mini ötüb

Belqradda etirazçıların sayı 100 mini ötüb
DÜNYA
04:13 16.03.2025
358
Serbiyanın paytaxtı Belqrad şəhərində hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyalarındakı iştirakçıların sayı 100 mini ötüb.

Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Polisin hesablamalarına görə, Belqradın bütün məntəqələrində ən yüksək həddə çatan bugünkü aksiyalarda 107 000-ə yaxın iştirakçı olub”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Serbiyada 2024-cü ilin noyabr ayından Novi Sadda dəmiryol vağzalında tavanın çökməsi və 15 nəfərin ölümü ilə nəticələnən etirazlar müxtəlif intensivliklə davam edir.

Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırıblar.
 
///Report
OXŞAR XƏBƏRLƏR