“Benfika” – “Qarabağ” görüşünün hakimləri bəlli oldu

“Benfika” – “Qarabağ” görüşünün hakimləri bəlli oldu
SOSİAL
17:22 14.09.2025
203
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun "Benfika” (Portuqaliya) – "Qarabağ” görüşünün hakimləri bəlli olub.

AZENER.COM xəbər verir ki, bu haqda UEFA məlumat yayıb.
Bildirilir ki, matçı belçikalı FİFA Referisi Erik Lambrexts idarə edəcək.

Co De Veird və Kevin Monteni köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Natan Verbumen isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Benfika” – "Qarabağ” matçı sentyabrın 16-da saat 23:00-da baş tutacaq.
OXŞAR XƏBƏRLƏR