"Benfika”nın baş məşqçisi Joze Mourinyo gələn yay azad agentə çevriləcək Kərim Benzemanı komandasında görmək istəyir.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı fransız hücumçu hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad” klubunun futbolçusudur və müqaviləsinin son ilinə daxil olub.
Xəbərdə qeyd olunur ki, transferin reallaşması üçün Benzema maaşında ciddi güzəştə getməlidir. "Əl-İttihad” onun üçün təxminən 5–7 milyon avro civarında təklifləri nəzərdən keçirməyə hazırdır.
Təcrübəli forvardla yalnız "Benfika” deyil, Fransa klubları və MLS təmsilçiləri də maraqlanır.
Qeyd edək ki, Benzema 2023-cü ilin yayında "Real Madrid”dən ayrılaraq "Əl-İttihad”a keçib.