Benzin deposunda yanğın: azyaşlı qız öldü - VİDEO

Benzin deposunda yanğın: azyaşlı qız öldü - VİDEO
09:20 05.02.2013
1209
Türkiyə Mardin vilayətinin Nusaybin rayonunda avtomobil yanacağı satan depoda bu axşam naməlum səbəblə yanğın baş verib. “İhlas” agentliyinin (İHA) məlumatına görə, yanğın nəticəsində qeyri-qanuni fəaliyyət göstərən obyektin sahibi 46 yaşlı İzzəddin Sevgili ağır yaralanıb, onun 13 yaşlı qızı Səhər Sevgili yanaraq ölüb. Məlumata görə, yanğın başladığı anda ata özünü bayıra atsa da , azyaşlı qız içəridən çıxa bilməyərək yanıb.Qeyd edək ki, hadisə vaxtı obyektin qartşısında olan minik avtomobvili də alovlanıb. Sahibi avtomobili sürərək yanğın yerindən uzaqlaşdırmağa çalışsa da, 1 km sonra avlovların böyüməsi ilə maşınını tərk edib.Ağır yaralı olaraq xəstəxanaya çatdırılan İzzəddin Sevgilinin həyati təhlükəsi davam edir. Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR