Beyonce bu il çıxdığı konsert turu ilə bütün dünyada fırtına qopardıb.
AZXEBER.COM xəbər verir ki, ulduz, səhnələrdən sonra kinoteatrlarda da özünü təsdiqləməyə tam hazırdır.
'Renaissance' adlı konsertləri ilə dünya turunda pərəstişkarları ilə görüşən Beyonsun bu maratonu böyük ekranda nümayiş olunacaq.
Ulduz 1 dekabr 2023-cü ildə ekranlara çıxacaq "Renaissance: A Film by Beyonce" filminin premyerasında Versace imzalı Renessans turunun konseptinə istinad edən metal paltarda iştirak edib.
Saçlarının rəngini də dəyişən müğənni sadə makiyaja üstünlük verib.
Filmdə 42 yaşlı Beyonsun dünya turnesindən kadrlar və turun yaranma mərhələsi haqqında sənədli tipli povest var.
Aysel