Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bərdə rayonunun Yeni Əyricə kəndinə təbii qaz verilib.
AZXEBER.COM-un məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon rəhbəri bildirib ki, şəhərinin qazlaşdırılması başa çatdırılıb, 47 yaşayış məntəqəsi mavi yanacaqla təmin olunub.Hazırda rayonun 13 kəndində qaz çəkilişi aparılır, Qaradəmirçi kəndi ərazisində yeni Avtomatik Qaztənzimləyici Stansiya quraşdırılır. Cari ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.Qeyd edilib ki, Yeni Əyricə kəndinin qazlaşdırılması üçün 25 min 546,5 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 12 ədəd siyirtmə, 1 ədəd qaztənzimləyici, 413 evə fərdi qaz sayğacı quraşdırılaraq mavi yanacaq verilib. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılıb.