Bərdə sakini qohumunun evində 22 yaşlı gənci bıçaqladı

Bərdə sakini qohumunun evində 22 yaşlı gənci bıçaqladı
SOSİAL
16:17 27.08.2018
3899
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qullar kəndində baş verib.

Bərdənin Uğurbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Fərhad Rafiq oğlu Hüseynov Qullar kəndində xalası oğlu Şamı Aslanovun evinə qonaq gəlib.

O, həmin evdə Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Yaşar oğlu Salmanovla mübahisə edib və mübahisə nəticəsində O.Salmanovu bıçaqlayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR