Bərdədə bir ailə dəm qazından zəhərlənib, azyaşlı uşaq ölüb

Bərdədə bir ailə dəm qazından zəhərlənib, azyaşlı uşaq ölüb
SOSİAL
18:22 08.12.2019
4463

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Təbriz küçəsində qeydə alınıb. 2013-cu il təvəllüdlü rayon sakini Hüseynli Ayşə Etibar qızı hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb. Hadisə zamanı uşağın Anası Aynur Məmmədova da hamam otağında olub.

 

Qadın zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

 

oxu.az

OXŞAR XƏBƏRLƏR