Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı
SOSİAL
09:22 06.08.2021
241
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini Bəhlul Hüseynov saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman təmiz çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR