Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb, 9 nəfər xəsarət alıb

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb, 9 nəfər xəsarət alıb
SOSİAL
21:51 12.04.2018
5327

Bərdədə yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub. 

 

1981-ci il təvəllüdlü  Anar Nəbiyevin  idarə etdiyi "RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdamyanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

 

Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna,  40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

///Apa.az

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR