Bərdədə mal-qara oğurluğunda şübhəli bilinən şəxslər tutulub

KRİMİNAL
16:31 07.01.2014
1258

Bərdə rayonunda mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən iki nəfəri saxlanılıb.

Bərdə ərazisində məskunlaşan Kəlbəcər rayon sakini Babək Kərimov Bərdə rayon Polis Şöbəsində müraciət edərək ötən ilin dekabr ayının 30-da iki baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Vətəndaşın şikayəti əsasında aparılan araşdırmalar nəticəsində sözügedən oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, 1957-ci ildə anadan olmuş Mətləb Qələndərov və Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Bəhruz Əliyev saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR