Bərdədə maşın AŞDI: ölən və yaralananlar var

HADİSƏ
23:45 22.02.2025
493
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.

Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR