Bərdədə oğru dəstəsi yaxalanıb

Bərdədə oğru dəstəsi yaxalanıb
Bütün Xəbərlər
13:41 10.12.2012
952

 Bərdədə yerli sakinlərin mülklərinə qənim kəsilən oğru dəstəsi tutulub.

Bərdə RPŞ-dən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, 20-35 yaşları arasında olan qrup üzvlərinin istintaqa ilkin etiraflarında indiyədək 20-dən çox yaşayış evini qarət etdiklərini bildiriblər.

Dəstə qanunsuz girdiyi evlərdən mis qazandan tutmuş qızıl-zinət əşyasına, yataq üzündən pal-paltara qədər rast gəldikləri hər şeyi oğurlayıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qonşu Tərtər rayonunda da saxlanılan oğruların hədəfinə gələnlər az deyil. Qarətçilər izi azdırmaq və diqqəti özlərindən yayındırmaq üçün müəyyən müddətdə qonşu rayonlardan da oğurluq ediblər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR