Bərdədə qadın TikTok-da mübahisə etdiyi şəxsi bıçaqlayıb

Bərdədə qadın TikTok-da mübahisə etdiyi şəxsi bıçaqlayıb
HADİSƏ
21:26 12.04.2025
283
Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxsi bıçaqlayıb.
 
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova TikTok sosial platformasında yaranmış mübahisə zəminində 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaqla xəsarət yetirib.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, xəsarət alan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR