Bərdədə qəbiristanlıq yanıb

Bərdədə qəbiristanlıq yanıb
SOSİAL
19:42 15.08.2017
1263
Bərdənin Kətəlparaq kəndi ərazisində yerləşən qəbiristanlıqda yanğın baş verib.
 
AZXEBER.COM-un məlumata görə, alov su kanalının kənarındakı qamışlıqda başlayıb və sonra qəbiristanlığa keçib.
 
Kənd sakinlərinin bildirdiyinə görə, alovun geniş miqyas alması nəticəsində məzar daşlarına zərər dəyib.
 
Yanğının söndürülməsi məqsədilə hadisə yerinə yanğınsöndürmə briqadası çağırılıb. Yanğın söndürülüb.
  apa.az 

OXŞAR XƏBƏRLƏR