Bərdədə təcavüzə uğrayan 14 yaşlı qızın vəkili: “Qıza ölüm arzulayırlar”

Bərdədə təcavüzə uğrayan 14 yaşlı qızın vəkili: “Qıza ölüm arzulayırlar”
SOSİAL
16:44 01.09.2022
2864
"Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişatı yeniyetmə qıza qarşı dörd nəfərin seksual xarakterli hərəkəti istiqamətində iş aparılır”.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında cinsi zorakılığa məruz qalan qızın ailəsinin vəkili Ruhəngiz Quliyeva məlumat verib.

O bildirib ki, hazırda istintaq işləri davam etdirilir:

"Hadisənin necə adlandırılması da hələ tam həllini tapmayıb. İstintaqın gedişində tövsif dəyişəcək, onu da deyə bilmirik. Hər halda proses zamanı bəlli olacaq. Amma məsələ ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməz”.

Vəkil xatırladıb ki, yeniyetməyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edənlərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi açılıb:

"Dörd nəfərdən üçü saxlanılıb və barələrində üç aylıq həbs-qəti imkan tədbiri seçilib. Digəri azyaşlı olduğundan barəsində qanunla məsuliyyət nəzərdə tutulmur. İstənilən halda, ananın yeganə tələbi qızına qarşı seksual hərəkətlər edənlərə ən ağır və layiqli cəza verilməsidir. Tutaq ki, üç ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulubsa, istəyimiz ən yuxarı həddir”.

Vəkil onu narahat edən digər bir nüansa da toxunub. O deyib ki, 14 yaşlı qız yaşadığı kənddə linç edilir:

"Bu gün səhər başına bəla gələn qızın kiçik bacısı mənə zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Təsəvvür edirsiniz bu, nə deməkdir? Kiçik qızın yalvarışları və məndən imdad istəməsi sadəcə ürək parçalayacaq bir məsələdir. İnanın ki, kənddəki qadınların fikirlərini də dəyişə bilmirəm.

Təcavüzə uğrayan qıza ölüm arzulayırlar. Nə deyə bilərəm? Onlar artıq o psixologiya ilə qocalıblar. Kənddəki o baxışlar 14 yaşlı qızın iki bacısına da yönələcək”, - deyə vəkil qeyd edib.

Xatırladaq ki, xoşagəlməz olay avqustun 25-də Bərdə rayonunda yaşanıb. 14 yaşlı qıza dörd nəfər tərəfindən seksual hərəkətlər edilib və görüntüləri yayılıb. Videonu çəkib yayan dörd nəfər müəyyən edilərək saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır