Bərdədə yaşayış binasında uçqun olub

Bərdədə yaşayış binasında uçqun olub
SOSİAL
11:54 15.03.2025
116

Bərdədə yaşayış binasında uçqun olub.

"Repoet"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən iki mərtəbəli yaşayış binasında baş verib.

Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir azyaşlının qaldığı bildirilir.

Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR