BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Daha iki vəzifəli şəxs saxlanıldı - Rəsmi açıqlama

Daha iki vəzifəli şəxs saxlanıldı - Rəsmi açıqlama
SOSİAL
17:48 20.02.2020
2201
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

AZXEBER.COM xəbər verir ki, Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılıb, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanan ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” əlaqə mərkəzlərinə məlumat vermələrini xahiş edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:00 01.04.2020

Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var - RƏSMİ

12:50 01.04.2020

Azərbaycanın baş infeksionisti: “Koronavirusa yoluxma halları arta bilər” - VİDEO

12:48 01.04.2020

Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə çağırış etdi

12:34 01.04.2020

Sabah intensiv yağış yağacaq

12:14 01.04.2020

“Uca Tanrıya dua edirəm ki, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin!”

12:03 01.04.2020

“Oğlumun ayağa qalxması möcüzədir”- Transfarmatorda yanan uşaq sağaldı - VİDEO - FOTOLAR

11:46 01.04.2020

“Hələ də karantin rejiminə əməl etməyənlər var” - Deputat

11:39 01.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb

11:24 01.04.2020

Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib

11:09 01.04.2020

Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edildi

10:47 01.04.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatdı

10:33 01.04.2020

ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

10:16 01.04.2020

Bakı polisindən xüsusi karantin rejim qaydaları ilə bağlı - Açıqlama

10:07 01.04.2020

Moody's “Bank Respublika”nın reytinqini təsdiq etdi

10:04 01.04.2020

BMT: Pandemiya II Dünya müharibəsindən sonra ən böyük böhrandır

09:55 01.04.2020

Saxta sənədlər əsasında subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açıldı