Beren Saatla Kənan Doğulunun ayrılma səbəbi ortaya çıxdı - Xəyanət

Beren Saatla Kənan Doğulunun ayrılma səbəbi ortaya çıxdı - Xəyanət
MAQAZİN
15:36 08.08.2019
3519
2014-cü ildə nikah masasına oturan Beren Saat ilə Kenan Doğulu bir müddətdir boşanma xəbərləri ilə gündəmdən düşmür.

Hər iki tərəf bir araya gəlməyib, bütün hərəkətləri ilə ayrıldıqlarını göstərsələr də, məlumatı təsdiqləməyib.

Münasibətləri haqda danışmaqdan qaçan cütlüklə bağlı yeni iddia ortaya atılıb. "Kanal D"də yayımlanan "2. Sayfa" proqramında aktrisa və müğənninin xəyanət ucbatından ayrıldığı iddia olunub.

İddialara görə Kənan Bereni aktrisa Aslı İşler ilə aldadıb. Saat xəyanət xəbərini pərəstişkarlarının ona göndərdiyi mesajla öyrənib.

Qeyd edək ki, Aslı İşler daha əvvəl də müğənni Murat Bozla aktrisa Aslı Enver sevgisinin bitməsinin səbəbkarı olmuşdu.
 
///Axşam.az 
OXŞAR XƏBƏRLƏR