“Biz bunu böyük narahatçılıqla qəbul edirik”.
Berlin Dağlıq Qarabağda təcavüzün yenidən gərginləşəcəyi əlamətlərindən narahatdır.
Bu barədə cümə günü Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şafer bildirib.
“Dağlıq Qarabağda münaqişə tərəfləri arasında təmas xəttində yeni, o cümlədən hərbi gərginliyiə işarə edən dəlilləri böyük narahatlılıqla qəbul edirik. ATƏT-in sədri kimi biz təkidlə hər iki tərəfi yeni gərginliyə yol verməmək üçün bütün tədbirləri görməyə çağırırıq”, - Şefer bildirib.
O əlavə edib ki, Berlin ATƏT-in Minsk qrupunun işini və onun üç həmsədrini “onların münaqişənin həlli üzrə işin davam etdirilməsində göstərdikləri səyləri” dəstəkləyir.
///Oxu.Az