Berlində ekofəallar bir neçə küçədə hərəkəti dayandırıb

Berlində ekofəallar bir neçə küçədə hərəkəti dayandırıb
DÜNYA
20:13 24.04.2023
217
Almaniyanın Berlin şəhərində "Letzte Generation” ekoloji hərəkatının fəalları qlobal istiləşmə probleminə diqqət çəkmək üçün səhər saatlarından 20-dən çox aksiya keçirirlər.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, aksiyalar şəhərdə nəqliyyatın hərəkətinin ciddi dərəcədə məhdudlaşdırılmasına səbəb olub.

Səhər saatlarında 7 nəfər Ernst Reyter meydanında, 5 nəfər Şarlottenburq rayonundakı Hardenberq ştrassedə özünü asfalta yapışdırıb. Daha sonra analoji aksiyalar digər küçələrdə də təşkil olunub.

Bundan əvvəl fəallar hökumətin qlobal istiləşmə ilə mübarizədə kifayət qədər səy göstərməməsinə etiraz edərək, yaxın günlərdə Berlində davamlı olaraq aksiyalar keçirmək niyyətində olduqlarını bəyan etmişdilər.
OXŞAR XƏBƏRLƏR