Berlində gözyaşardıcı qazın tətbiqi nəticəsində 44 məktəbli zərər çəkib

DÜNYA
19:48 02.12.2024
152
Berlində ibtidai məktəbdə naməlum şəxs gözyaşardıcı qaz tətbiq edib, nəticədə 44 uşaq zərər çəkib.

Bu barədə Belçika Xilasetmə Xidməti məlumat yayıb.

Zərərçəkənlər göz və tənəffüs yollarının qıcıqlanmasından şikayət ediblər, 22 uşaq xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

OXŞAR XƏBƏRLƏR