Berlində məşhur avtoritet “Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib

KRİMİNAL
12:17 02.12.2018
9549
Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Aztoday.az-a Berlində yaşayan soydaşlarımız məlumat verib. Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb. Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.

Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.

Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.

Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

OXŞAR XƏBƏRLƏR