Berlindən Kiyevə 5 milyard avroluq dəstək

Berlindən Kiyevə 5 milyard avroluq dəstək
DÜNYA
20:16 28.05.2025
840

Almaniya Ukraynaya təxminən 5 milyard avro dəyərində əlavə hərbi dəstək verəcək.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskinin Berlində yüksək səviyyəli rəsmilərlə görüşü zamanı bildirib. 

Nazirlik öz bəyanatında Rusiyanın "çoxlu mülki vətəndaşı öldürdüyü və yaraladığı, xüsusən də mülki infrastrukturun geniş şəkildə dağılmasına səbəb olan" hava hücumlarına istinad edib.

Departament əlavə edib ki, yardım Almaniya parlamentinin aşağı palatası tərəfindən artıq təsdiqlənmiş vəsait hesabına maliyyələşdiriləcək.

OXŞAR XƏBƏRLƏR