Berluskoni məşhur teleaparıcıya bir gecəlik nə qədər pul verdi?

Berluskoni məşhur teleaparıcıya bir gecəlik nə qədər pul verdi?
MARAQLI
10:27 25.01.2011
2138
İtaliyanın baş naziri Silvio Berluskoni ilə bağlı seks qalmaqalları bitib-tükənmək bilmir. Məlum olub ki, İtaliya hüquq-mühafizə orqanları onun əslən mərakeşli azyaşlı rəqqasə ilə intim əlaqədə olması faktını araşdırdığı bir vaxta baş nazir məşhur teleaparıcını öz məşhur villasında qonaq edib və ona 10 min avro ödəyib. Xəbərlərə görə, bu fakt Berluskoni ilə bağlı araşdırma aparan prokurorlar tərəfindən baş nazirin bank sənədlərinə baxış zamanı üzə çıxıb. Məlum olub ki, Berluskoni cəmi bir həftə əvvəl teleaparıcı Alessandra Sorçinelliyə görüş üçün 10 min avro ödəyib. 

“The Daily Mail” qəzeti yazır ki, Berluskoninin Sorçinello ilə əlaqələri 2010-cu ildə başlayıb. Baş nazir ona ayda 8500 avro ödəyirmiş. İtaliya xüsusi xidmət orqanları teleaparıcının Berluskoninin köməkçisinə göndərdiyi bu SMS-i ələ keçirib: “Mən təcili olaraq sizə 10 min avroluq bank köçürməsi barədə müraciət edə bilərəmmi?” Xüsusi xidmət orqanları həmçinin Berluskoninin hesabı olan bankdan teleaparıcının hesabına pulların köçürüldüyünə dair dəlilləri də ələ keçiriblər. Pullar faizsiz ssuda şəklində rəsmiləşdirilib. Teleaparıcı isə təsdiq edib ki, Berluskoni ilə intim əlaqədə olub, lakin buna görə ondan pul almayıb. Sorçinelli deyib ki, baş nazir onun 5 yaşlı qızının müalicəsinə kömək etdiyi üçün minnətdarlığını bu cür çatdırıb.
Bu arada məlum olub ki, Berluskoninin hərəmxanasına daxil olan 14 qadın Milanın elit yaşayış kompleksi Olqettinadan köçürülüb. Buna səbəb qonşuların şikayətləri olub. Bildirilir ki, Berluskoni qadınların ona məxsus malikanələrdə pulsuz yaşamasını təmin edib, özü isə vaxtaşırı olaraq ora baş çəkərək əylənib. Köçürülənlər arasında 30 yaşlı teleulduz Barbara Querra və 27 yaşlı Maristel Qarsiya da var. Onların adları prokurorluğun Berluskoniyə qaldırdığı cinayət işinin materialları arasında keçir. Qeyd edək ki, Berluskoni ilə bağlı seks qalmaqalları artıq Vatikanı da narahat edib. Ötən həftə Roma Papası XVI Benedikt siyasi liderlərin bu cür davranışlarını pisləyən bəyanat yayıb. Lakin italiyalılar baş nazirlərinin 73 yaşında bu cür pleyboyluqla məşğul olmasından narazı görünmürlər. Rəy sorğuları göstərir ki, seks qalmaqalları Berluskoninin reytinqinə təsir etməyib. Əksinə, onun reytinqi daha da artıb. Baş nazir onun barəsində irəli sürülən ittihamlarla bağlı ifadə verməkdən imtina edir. Məhkəmə isə gələn ay başlaya bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib