Berluskoninin ailəsindən diqqətçəkən addım

Berluskoninin ailəsindən diqqətçəkən addım
DÜNYA
11:20 04.11.2023
212
İyun ayında dünyasını dəyişən İtaliyanın sabiq Baş naziri, milyarder Silvio Berluskoninin ailəsi diqqətçəkən addım atıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Berluskoninin mütəmadi olaraq 20 qadına müntəzəm maaş və hədiyyələr göndərdiyi ortaya çıxdığına görə ailəsi bu maliyyə yardımını kəsmək qərarına gəlib. 

Berluskoninin Milanın Olgettina küçəsindəki dəbdəbəli evində təşkil olunan ziyafətlərə qatılan qadınlara hər ay 2500 avro pul verib.
 
Olgettina küçəsindəki evə getdikləri üçün İtaliya mətbuatında "Olgettinler” ləqəbli qadınlardan Barbara Guerranın Berluskoniyə məxsus evdə yaşadığı və Berluskoninin varislərinin bunun aradan qaldırılması üçün hüquqi proses başlatdığı açıqlanıb.
  
Berluskoninin bu qadınlara 10 milyon avrodan çox pul ödədiyi də təxmin edilir.

İtaliyanın "Corriere della Sera” qəzeti bu qadınların karyeralarının "bunga bunga” partiyaları səbəbindən bitdiyini iddia edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR