Berluskoninin mərakeşli məşuqəsi hamilədir

Berluskoninin mərakeşli məşuqəsi hamilədir
ŞOU-BİZNES
09:26 13.07.2011
1720

Bu barədə Frans Press agentliyi italiyanın Chi jurnalına istinadən bildirib. Dekabrda dünyaya gələcək uşağın atası Rubinin boyfrendi Luka Rizzodur "Bizim oğlumuz İtaliyada anadan olacaq. Bundan sonra biz evlənəcəyik və xaricdə yaşamaq üçün ölkəni tərk edəcəyik»,- 18 yaşlı rəqqasə deyib. 

İtaliya prokurorluğunun məlumatına görə, Karima əl-Maruq Silvio Berluskoninin villasında keçirilən seks-gecələrində iştirak edib. 74 yaşlı Baş nazir onunla ən azı 13 dəfə intim əlaqədə olub. Həmin vaxt rəqqasə həddi-buluğa çatmamış olub. Bundan başqa, istintaqçılar hesab edir ki, Berluskoni Rubini polislərə təzyiq edərək həbsxanadan xilas edib. Bu iddialar əmsasında Berluskoninin toxunulmazlığı götürülüb və o günahkar hesab edilərsə, 12 il həbs cəzası ala bilər.

OXŞAR XƏBƏRLƏR