Berti Foqts Elvin Məmmədovla məzələndi

İDMAN
11:15 20.12.2011
2135
Azərbaycan yığmasında son zamanlar nadir hallarda çıxış edən “Bakı”nın futbolçusu Elvin Məmmədov millinin baş məşqçisi Berti Foqtsla görüşüb. Lent.az-ın əməkdaşı milli komandalarımızın ən yaxşı futbolçularının mükafatlandırma mərasimində onlar arasındakı maraqlı söhbətin şahidi olub. Foqts Məmmədovun bu il 10 oyundan cəmi 2-də çıxış etməsinə işarə vuraraq, “Sənə də bir mükafat verəcəyik. Yığmada ən az oyun keçirən futbolçu”. Baş məşqçinin bu sözlərini gülüşlə qarşılayan futbolçu “Bakı”nın heyətində lazımi səviyyədə çıxış edə bilməməsinin obyektiv və subyektiv səbəblərindən danışıb. O, get-gedə formaya düşərək, yenidən Foqtsun etimadını qazanmağa çalışacağını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR