Berti Foqts və yetirmələri SOS Uşaq Kəndində - FOTOLAR
İDMAN
12:08 09.10.2012
1480
Vaxtaşırı müxtəlif uşaq evlərini, qocalar və əlillər üçün pansionatları ziyarət edən Azərbaycan milli komandasının üzvləri bu ənənəni davam etdirib. Bu dəfə millimiz baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Bakı SOS Uşaq Kəndi-ndə olub. Futbolçular burada tərbiyə alan uşaqlara topla müxtəlif fəndlərin icrasını nümayiş etdirib, əyləncəli futbol oyunları təşkil olunub. Uşaqlara AFFA-nın hədiyyələri verilib və xatirə şəkli çəkdirilib.