Berti Foqtsla daha 2 il Azərbaycanda qalacaq

İDMAN
20:19 30.11.2011
1559
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında keçirilən yığıncağa Elşad Nəsirov, Elmar Qasımov, İsgəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev qatılıb. İlk olaraq komandanın baş məşqçi məsələsinin müzakirəsi olub. Aparılan müzakirələrdən sonra almaniyalı çalışdırıcı Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər uzadılıb. 2-ci "İnter" PİK-in "Şəfa" stadionunu satın alması ilə bağlı müraciətə baxılıb və onun müsbət cavablandırılması haqqında qərar verililib, müvafiq sənədlərin hazırlanması baş katibə həvalə olunub. Futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunub. Ağasəlim Mircavadov və Rüstəm Rəhimova təqaüdün verilməsi məsələsinə İcraiyyə Komitəsinin növbəti iclasında baxılacaq.

OXŞAR XƏBƏRLƏR