Bəşər Əsəd Rusiyanın təkliflərini qəbul etdi

DÜNYA
10:48 11.09.2013
1015

Xarici işlər naziri Valid Muallim bu barədə Moskvada bəyanat verib

Suriya xarici işlər naziri Valid Muallim Rusiyanın kimyəvi silahlara nəzarətin beynəlxalq yoxlamaya təhvil verilməsi ilə əlaqədar təklifini qəbul etdiklərini açıqlayıb. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, Moskvada səfərdə olan Muallim bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü zamanı bildirib. "Rusiya xarici işlər naziri Sergey Lavrovla çox məhsuldar görüşlər keçirdik. O bizə kimyəvi silahlarla əlaqədar təkliflər verdi. Biz də axşama doğru bunu qəbul etdik",- deyə Muallim vurğulayıb

OXŞAR XƏBƏRLƏR