Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Bu barədə Suriya Prezidentinin dəftərxanası məlumat yayıb. B.Əsəd və S.Şoyqu regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.