Hələb mərkəzi həbsxanası müxaliflər tərəfindən ələ keçirilib.AZXEBER.COM-un xarici mətbuata istinadən məlumatına görə, Əsədin tabeçiliyi altında olan Hələb mərkəzi həbsxanası İslami cəbhə və Nusra cəbhəsi tərəfindən tamamilə ələ keçirilib.Müxaliflərin həbsxananı nəzarətə götürməsi nəticəsində içəridə olan 3500 məhkumun azadlığa buraxıldığı bildirilir. Azad olunan məhkumlar, qadınlar və uşaqlar daxil olmaqla, hamısı təhlükəsiz əraziyə aparılıb.Xatırladaq ki, 2011-ci ildə başlayan nümayişlərdə həbs edilmiş siyasi məhbuslar da sözügedən həbsxanada saxlanılırdı.