Bəşər Əsədin sonu çatdı

DÜNYA
17:50 23.08.2013
1471
Fransda nəşir olunan “Le Figaro” qəzeti idda edir ki, avqustun 17-də İsrail, Amerika və İordaniyalı əsgərlərdən ibarət 300 nəfərlik ilk qrup Suriyanın paytaxtı Dəməşqə daxil olub. 
ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci qrup isə avqustun 19-da Suriya girib.“Le Figaro” qəzeti hərbi mənbələrə istinadən qeyd edib ki, Amerika Suriya-İordaniya sərhədində qurulan hərbi düşərgələrdə Azad Suriya Ordusunun əsgərlərinə gizli olaraq təlim keçir.Fransız qəzetinin xəbərinə görə, Əsədin dinc insanlara qarşı kimyəvi silahdan istifadə etməsinə dair xəbərlərin doğruluğunu məhz Suriyaya gizli yolla göndərilən hərbi birliklər araşdıracaq.

OXŞAR XƏBƏRLƏR