Bəşər Əsədin xərçəng xəstəliyi ilə savaşan xanımının yeni görüntüləri yayıldı - FOTO

Bəşər Əsədin xərçəng xəstəliyi ilə savaşan xanımının yeni görüntüləri yayıldı - FOTO
DÜNYA
17:57 06.01.2019
6057

Yoluxduğu xərçəng xəstəliyinə görə ağır günlər keçirən Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin son durumu ilə bağlı fotolar paylaşılıb.

Suriya prezidentinin həyat yoldaşının paylaşılan fotoları sosial mediada geniş müzakirələrə də səbəb olub.

Ötən ilin avqust ayında Suriya prezidentinə aid Tvitter hesabında 44 yaşlı Esma Əsədin xərçəng xəstəliyinə yoluxduğu bildirilmişdi.

Suriya prezidentinin həyat yoldaşı sonunçu dəfə əsgər anaları ilə biraraya gələrkən görüntülənib. O, Suriyada savaşda həyatını itirən əsgərlərin anaları ilə görüşüb.

 

Xəbərlərdə "Suriya torpaqlarını qorumaq üçün özünü fəda edənlərin ailələrini qəbul etdi" başlığı ilə prezidentin həyat yoldaşının fotoları yayımlanıb.

Qeyd edək ki, bundan əvvəl də prezidentin xanımı Dəməşqdə bir dövlət xəstəxanasında özü kimi xərçəng xəstəliyindən əziyyət çəkən qadınları ziyarət etmişdi.

O, orada verdiyi açıqlama ilə də hər kəsin diqqətini çəkmişdi. Qadınlara ayaqda möhkəm durmalarını tövsiyə edən Esma Əsəd "Ölkənizin də ailəniz qədər sizə ehtiyacı var" deyə bildirmişdi.

musavat.com
 


OXŞAR XƏBƏRLƏR