"Beşiktaş" 10 futbolçusunu satmaq istəyir

İDMAN
20:34 28.06.2024
184
Super Liqa təmsilçilərindən "Beşiktaş" yeni mövsümə hazırlıqlarını davam etdirir.

AZXEBER.COM Apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" 10 futbolçusu ilə yollarını ayırmağa qərar verib.
 
Söhbət Vinsent Abubakar, Yan Onana, Valentin Rozier, Omar Koli, Daniel Amarti, Xavier Montero, Artur Masuaku, Ersin Destanoğlu, Oksleyd Çamberleyn ve Ante Rebiçdən gedir.

İnsayder Yağız Sabuncuoğlunun sözlərinə görə, "Beşiktaş" bu futbolçuları satış siyahısına daxil edib. Belə ki, klub onlarla bağlı gələcək hər hansı təklifi qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR