'Beşiktaş' 10 nəfər qalan 'Arsenal'a qalib gələ bilmədi - FOTOLAR

İDMAN
10:11 20.08.2014
1207
Beşiktaş (Türkiyə) - Arsenal (İngiltərə) matçında hesab açılmayıb: 0-0.Türkiyənin İstanbul şəhərində keçirilən oyunda qara qartallar öz şanslarını dəyərləndirə bilməyiblər.Oyunun 80-ci dəqiqəsində "Arsenal"ın oyunçusu Aaron Ramsey qırmızı vərəqə alsa da istanbullular yenə də oyunda dönüş yarada bilməyiblər.Qeyd edək ki, matçda sarı vərəqələrə görə "Arsenal" 3-2 hesabı ilə öndə olub.23.50Bu gün futbol üzrə Çempionlar Liqasının play-off mərhələsinə start verildi.İlk oyun günündə 5 matç baş tutacaq.Azərbaycan futbolsevərlərinin diqqəti Türkiyəyə yönələcək. Belə ki, Super Liqanın üçüncüsü, "Fənərbaxça" avrokuboklara buraxılmadığından Çempionlar Liqasına vəsiqə qazanan "Beşiktaş" Məsut Özilin forma geyindiyi "Arsenal"ı qəbul edir."Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" da evdə meydana çıxacaq. Avstriya çempionu "Malmö"nü sınağa çəkəcək. "Styaua" "Ludoqorets"i, "Kopenhagen" "Bayer"i, "Napoli" "Atletik"i qəbul edəcək. Bütün oyunlar Bakı vaxtı ilə 23.45-də başlayıb.Çempionlar LiqasıPlay-off mərhələsiİlk oyunlar19 avqustBeşiktaş (Türkiyə) - Arsenal (İngiltərə) 0-0Kopenhagen (Danimarka) - Bayer (Almaniya) 2-3Napoli (İtaliya) - Atletik (İspaniya) 1-1Zalsburq (Avstriya) - Malmö (İsveç) 2-1Styaua (Rumıniya) - Ludoqorets (Bolqarıstan) 1-0
OXŞAR XƏBƏRLƏR