Futbol üzrə Türkiyə Superliqasında IV tura yekun vurulub.
AZXEBER.COM-un məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutub.
Öz meydanında "Kayserispor"u qəbul edən "Orduspor" çətin qələbə qazanıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən "Orduspor" xalını 8-yə yüksəldib.
İstanbul "Beşiktaş" klubu doğma azarkeşləri önündə "Elazığspor"la qarşılaşıb. Bu görüşdə 3 cavabsız qolla qalib gələn "qara qartal" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.