“Beşiktaş” Ermənistan yığmasının futbolçusunu aldı

İDMAN
09:54 21.01.2016
2043

“Beşiktaş” qış "transfer pəncərəsi" dönəmində heyətini gücləndirmək üçün çalışmalar aparır.

AZXEBER.COM xəbər verir ki, "ağ-qaralar" sıralarına daha bir futbolçu cəlb edib.

Türkiyə mətbuatının yazdığına görə, Moskva “Spartak”ının erməni futbolçusu Aras Özbiliz İstanbul təmsilçisi ilə anlaşıb.

Artıq iki klub arasında razılaşma da əldə edilib. Ermənistan milli komandasının üzvünün yeni klubu ilə 4.5 illik müqavilə imzalayacağı gözlənilir.Qeyd edək ki, Türkiyədə doğulan 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin Hollandiya vətəndaşlığı da var. O, 2013-cü ildən Rusiya klubunda çıxış edir.

OXŞAR XƏBƏRLƏR